- Baxış sayı: 29
- 26 Avqust 2026 14:48
- Baxış sayı: 92
- Avqust 25, 2026
- 0


Mərakeş millisinin yarımmüdafiəçisi Ayub Buaddi “Lill”dən “Mançester Siti”yə keçib.
Allsport.az xəbər verir ki, 17 yaşlı futbolçu İngiltərə klubu ilə 2031-ci ilədək müqavilə imzalayıb.
“Mançester Siti” Buaddinin transferi üçün “Lill”ə bonuslarla birlikdə 100 milyon avro ödəyəcək.
Buaddi “Lill”in yetirməsidir. O, Fransa klubunun əsas komandasında 96 oyun keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Buaddi sonradan Mərakeş millisində oynamağa qərar verib. O, əsas komandada 8 matç keçirib. Futbolçu 2026-cı il dünya çempionatında 5 oyunda meydana çıxıb.