Azərbaycan liderliyə yüksəldi

Azərbaycan liderliyə yüksəldi

Azərbaycan UEFA çempionlar liqasına əlavə vəsiqə uğrunda mübarizədə liderliyə yüksəlib.

Allsport.az xəbər verir ki, 2026/27 mövsümündə Avropa turnirlərində klubların çıxışına əsasən hesablanan ölkə əmsalları cədvəlində Azərbaycan 5,125 xalla birinci pillədə qərarlaşıb.

Azərbaycanın ardınca Portuqaliya 4,000 xalla ikinci, İspaniya 3,875 xalla üçüncü, Almaniya 3,571 xalla dördüncü, İtaliya isə 3,500 xalla beşinci sıradadır.

Hazırda Azərbaycanın Avrokuboklarda 4 klubundan 2-si mübarizəni davam etdirir. Bunlar “Qarabağ” və “Sabah”dır. Digər iki təmsilçimiz – “Zirə” və “Neftçi” mübarizəni dayandırıb.

Mövsümün sonunda ölkə əmsalları sıralamasında ilk iki yeri tutacaq assosiasiyalara növbəti mövsüm UEFA çempionlar liqasının liqa mərhələsinə əlavə vəsiqə veriləcək.

Azərbaycanın liderliyi qoruması üçün “Qarabağ” və “Sabah”ın avrokuboklarda uğurlu çıxışını davam etdirməsi vacibdir.

Həmin kateqoriyadan