- Baxış sayı: 10
- 26 Avqust 2026 14:48
- Baxış sayı: 88
- Avqust 25, 2026
- 0


UEFA konfrans liqasının pley-off mərhələsinin “Qarabağ” – “Tvente” (Niderland) oyunundan əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“İlk növbədə “Sabah” klubunu təbrik edirəm, böyük uğur qazandı. Çempionlar Liqasının oyunlarının yenidən Bakıda keçiriləcək olması çox xoşdur. O ki qaldı bizə, çox yaxşı, baxımlı futbol göstərən komandaya qarşı oynayacağıq. Bizim üçün vacib görüş olacaq. Hər iki komanda tərəfindən çox sayda gedişlər olacaq. Şansımızdan maksimum istifadə etməyə çalışacağıq. Sabahkı oyuna hazırıq”.
Baş məşqçi səfərdə qazanılan qələbədən sonra üstünlüyü qorumağa çalışacaqlarını deyib: “1:0 hesabı ilə öndə olmağımız əlavə üstünlükdür. Rəqib də bunu düşünərək, öz potensialından daha yaxşı istifadə etməyə çalışacaq. “Tvente” maraqlı futbol oynayır. Ancaq mənim üçün ən önəmlisi öz çıxışımızdır. Gedişatı əlimizdə saxlamaq üçün əvvəldən sona qədər oyunun içində olmalıyıq”.
Niderlandda keçirilən ilk oyunda “komandamız “köhlən atlar” 1:0 hesablı qələbə qazanıb. Avqustun 27-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” görüşü saat 20:00-da başlayacaq.