- Baxış sayı: 23
- 26 Avqust 2026 20:46
- Baxış sayı: 39
- Avqust 26, 2026
- 0


UEFA dünya çempionatını boykot etmək planından imtina etməyə hazırlaşır.
Allsport.az xəbər verir ki, qurum rəsmiləri cümə axşamı Monakoda keçiriləcək görüşdə boykotun ləğvi üçün şərtlərin yerinə yetirildiyini açıqlayacaqlar.
Avropa futbol qurumu DÇ və digər böyük turnirlərin kommersiya hüquqlarının özəl investorlara satılması planının yenidən gündəmə gətirilməyəcəyinə dair zəmanət alıb.
UEFA üzvləri iyul ayında FİFA-nın yeni kommersiya strukturu yaratmaq planından sonra qurumun turnirlərində iştirakdan imtina etmək qərarına gəlmişdilər. FİFA sonradan bu ideyanı həyata keçirməkdən vaz keçsə də, UEFA avqustun əvvəlində əvvəlki mövqeyini qoruduğunu bildirmişdi.