“Klub gələcəyi düşünməlidir”

“Klub gələcəyi düşünməlidir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Atletiko”nun hücumçusu Xulian Alvaresin mümkün transferi barədə danışıb.

Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu mövzuda konkret fikir bildirməkdən çəkinib:

“Mən bu barədə danışmaq istəmirəm. Məsələ belədir: ya Xulian, ya da yeni hücumçu olmadan davam edəcəyik. Klubdakı vəziyyəti bilirəm. Çox yaxşı transferlər həyata keçirilib. Klub gələcəyi düşünməlidir. Mən isə məşqçi kimi daha çox şey istəyirəm.

Komandama tam güvənirəm və həll yolları tapmalıyıq. Futbolçularımızın səviyyəsi çox yüksəkdir. Deku əla iş görür. Biz gələcəyə, həm hazırda, həm də qarşıdakı 3-5 il ərzində klub üçün nəyin daha yaxşı olacağına baxırıq. Klubda sabitlik istəyirik”.

Alvaresin “Barselona”ya keçidi ilə bağlı vəziyyət hələ də qeyri-müəyyəndir. Argentinalı hücumçunun yayda Kataloniya klubuna keçmək variantını nəzərdən keçirdiyi, “Atletiko” rəhbərliyinin isə futbolçunu buraxmaq istəmədiyi bildirilir. Alvares La liqanın ilk turunda “Vilyarreal”la 2:2 hesablı heç-heçə etdikləri oyunda azarkeşlərin fitə basması ilə də üzləşib. O, qarşılaşmanın ikinci hissəsində meydana çıxıb.

Həmin kateqoriyadan