“Siti”dən ayrılır?

“Siti”dən ayrılır?

“Mançester Siti”nin futbolçusu Cek Qriliş karyerasını başqa İngiltərə klubunda davam etdirə bilər.

Allsport.az xəbər verir ki, “Sanderlend” 30 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək üçün təklif göndərib.

Razılaşmaya əsasən, Qrilişin maaşının bir hissəsini “Mançester Siti” ödəyəcək.

Qriliş ötən mövsüm icarə əsasında “Everton”da çıxış edib. O, premyer liqada 20 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan