- Baxış sayı: 41
- 26 Avqust 2026 16:23
- Baxış sayı: 108
- Avqust 25, 2026
- 0


İngiltərə çempionatının 4-qat qalibi, İngiltərə millisinin sabiq hücumçusu Rəhim Sterlinq təhlükəli avtomobil idarə etmə ittihamı ilə iki ilədək həbs cəzası ala bilər.
Allsport.az xəbər verir ki, ona həmçinin azot oksidini saxlama və analiz verməkdən imtina ittihamları irəli sürülüb.
31 yaşlı futbolçu 2026-cı ildən Niderlandın “Feyenoord” klubunda çıxış edir. O, daha əvvəl “Liverpul”, “Çelsi”, “Arsenal” və “Mançester Siti” klublarında oynayıb.
Sterlinq “Mançester Siti”nin heyətində dörd dəfə İngiltərə çempionu olub, beş dəfə İngiltərə liqa kubokunu və bir dəfə İngiltərə kubokunu qazanıb.
İngiltərə millisinin heyətində isə futbolçu 2021-ci il Avropa çempionatının gümüş, 2019-cu il millətlər liqasının bürünc medalçısı olub.