Ayxan Abbasov: “Yarımfinalda “Qarabağ”la qarşılaşmaq istəyirəm”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 1:0) şərh edib.

Allsport.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Yarımfinala çıxmaq sevindiricidir. “Neftçi”ni keçmək ikiqat sevindiricidir. Uşaqlara təşəkkür etdim. İlk oyunda başqa, indi başqa futbol oynadıq. Futbolçularım dediklərimizi etməyə çalışdı və etdilər. 1 ildi ki, “Sumqayıt”dayam. Çalışırıq ki, nələrisə dəyişək. Rəqib də bizi təəccübləndirdi. Bəzi dəyişikliklər edəcəyini gözləyirdik. Normal mübarizə apardıq. Yarımfinalda “Qarabağ”la qarşılaşmaq istəyirəm”.

Həmin kateqoriyadan