- Baxış sayı: 34
- 17 İyun 2025 14:04
- Baxış sayı: 85
- İyun 17, 2025
- 0
Azərbaycan ilk dəfə olaraq nüfuzlu “KWU SENSHİ” turnirində qalib gəlib.
Allsport.az xəbər verir ki, idmançı Surət Qarayev 95 kq çəki dərəcəsində çıxış edərək birinci raundda rəqibini məğlub edib.
Qarayev bu mötəbər “Gladiator 26” turnirində AKF -in baş katibi və “KWU SENSHİ”-nin Azərbaycan üzrə rəsmi nümayəndəsi Qabil Sayadovun rəhbərliyi altında çıxış edib.
Mötəbər yarış Bolqarıstanın qədim Plovdiv şəhərində keçirilir. Məhz bu məkanda — təxminən 2000 il əvvəl qədim Roma İmperiyasında əsl gladiator döyüşləri baş verib. “Gladiator” adı da təsadüfi seçilməyib – bu tarixi döyüş meydanında müasir dövrün döyüşçüləri öz gücünü sınayır və iradəsini ortaya qoyur.
“Gladiator 26” seriyası döyüş ruhunu, fədakarlığı və dözümlülüyü simvolizə edən beynəlxalq turnirdir və artıq 26-cı dəfə təşkil olunur.
“SENSHİ” yarışlarında hər bir qələbə üçün 2.500 avro, finaldakı qalibiyyət üçün (qala gecəsi) isə 20.000 avro mükafat təqdim olunur.