“Azərbaycan futbolunda şərtlər daha yaxşıdır”

“Azərbaycan futbolunda şərtlər daha yaxşıdır”

“Neftçi”nin yarımmüdafiəçisi Bruno Teluşi Azərbaycan və Albaniya futbolunu müqayisə edib. Allsport.az xəbər verir ki, alban futbolçu “Panoramasport”a açıqlamasında Azərbaycan futbolunun səviyyəsi barədə danışarkən bunları söyləyib:

“Azərbaycan futbolu Albaniyadakından xeyli fərqlənir. Burda futbolun səviyyəsi yüksəkdir. Şərtlər isə bizdəki ilə müqayisədə daha yaxşıdır”.

Ötən ilin oktyabrından “Neftçi”də çıxış edən 30 yaşlı oyunçunun “ağ-qaralar”la müqaviləsi cari mövsümün sonuna qədərdir.

Həmin kateqoriyadan