- Baxış sayı: 35
- 05 Noyabr 2026 23:45
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala zədəsini sağaldaraq komanda ilə məşqlərə başlayıb.
Allsport.az xəbər verir ki, 23 yaşlı futbolçu beş həftə yarımdan sonra ilk dəfə ümumi məşqdə iştirak edib.
Sentyabrın 24-də bud nahiyəsindən zədələnən Musialanın noyabrın 7-də “Maynts”la oyunda iştirak edib-etməyəcəyi hələ məlum deyil. Münhen klubu futbolçunun tam sağalması üçün risk etmək istəmir.