AzAL-a texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif yaş qrupları üzrə komandalar arasında keçirilən ölkə çempionatlarının oyunlarında qeydə alınan qayda pozuntularına aşağıdakı şəkildə hüquqi qiymət verilib:

Martın 18-də U-19 Liqasının “Neftçi” – AzAL matçının 40-cı dəqiqəsində AzAL-ın futbolçusu Cavid Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 18-də U-19 Liqasının “Simurq” – “Sumqayıt” matçının 63-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Tural Fatdayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 89-cu dəqiqəsində “Simurq”un futbolçusu Cavidan Ömərli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Martın 18-də U-19 Liqasının “Əlincə” – “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Eduard Rəfiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 25-də U-19 Liqasının “İnter” – “Neftçi” matçının 83-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Sərxan Əhmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 29-da U-19 Liqasının “Əlincə” – AzAL matçında qonaq komanda iştirak etmədiyinə görə AzAL-a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Martın 29-da U-19 Liqasının “Neftçi” – “Bakı” matçının 9-cu dəqiqəsində “Bakı”nın futbolçusu Ülvi Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 29-da U-19 Liqasının “Simurq” – “İnter” matçının 68-ci dəqiqəsində “Simurq”un futbolçusu Abdulla Seyidəhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 23-də U-17 Liqasının “Kəpəz” – “Neftçi” matçının 45-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Həsən Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 26-da U-16 Liqasının “Şirvan” – AzAL matçında qonaq komanda iştirak etmədiyinə görə AzAL-a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Martın 28-də U-13 Liqasının “Neftçi İK İB” – “İnter” matçının 38-ci dəqiqəsində “Neftçi İK İB” klubunun futbolçusu Murad Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 28-də U-12 Liqasının “Bakı” – AzAL matçının 38-ci dəqiqəsində “Bakı”nın futbolçusu Vüsal Əliyev və AzAL-ın futbolçusu Rəhim Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Həmin kateqoriyadan