Futbol ekosistemi ilə bağlı fikir mübadiləsi

Futbol ekosistemi ilə bağlı fikir mübadiləsi

Azərbaycan idman akademiyası ilə “Qarabağ” futbol məktəbi arasında əməkdaşlıq çərçivəsində növbəti görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, futbol ekosistemində kadr potensialının inkişaf etdirilməsi məqsədi daşıyan görüşdə tərəflər uzunmüddətli tərəfdaşlığın formalaşdırılması, eləcə də birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı təşkil olunması nəzərdə tutulan təlim proqramları, onların məzmunu, strukturu, əhatə edəcəyi mövzular və tətbiq formatı diqqət mərkəzində olub.

Sonda əməkdaşlığın növbəti mərhələsinə başlanılması ilə bağlı razılıq əldə edilib.

Həmin kateqoriyadan