“Əminəm ki, birlikdə bu işin öhdəsindən gələcəyik”

“Əminəm ki, birlikdə bu işin öhdəsindən gələcəyik”

Bu gün “Abşeron” mehmanxanasında Bakı futbol federasiyasının təşkilatığı ilə “Sabahın ulduzları” layihəsi barədə məlumatlandırma və imza mərasimi keçirildi. Allsport.az saytı xəbər verir, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış etdi:

“Əsas həfəfimiz uşaq futbolunun inkişafıdır. Bu istiqamətdə bir neçə addım atmışıq. Bunlardan biri “Sabahın ulduzları” layihəsinin bərpasıdır. Uşaqların fiziki göstəricilərinə xüsusi şirkət nəzarət edəcək.

U-15 ilk dünya çempionatının Azərbaycanda təşkili və futbol festivalı bu işin tərkib hissəsidir. Bunu tək həyata keçirə bilmərik. Buna himayədarlarının dəstəyi də lazımdır. Biz bir ailəyik. Əminəm ki, birlikdə bu işin öhdəsindən gələcəyik”.

Həmin kateqoriyadan