“Sabahın ulduzları”nda püşk

“Sabahın ulduzları”nda püşk

“Sabahın ulduzları”nın tarixinə həsr olunmuş videoçarxın nümayişindən sonra BFF-nin prezidenti Tahir Süleymanov, gənclər arasında dünya və Avropa çempionu olmuş millinin sabiq baş məşqçisi Arif Əsədov, AFFA texniki departamenti skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev, AFFA hakimlər departamentinin nümayəndəsi Ceyhun Haşımov, BFF-nin yarışların təşkili departamentinin rəhbəri Fərid Nağdaliyev və “Neftçi” klubunun əlaqələndiricisi İslam Kərimov çıxış edərək, turnirin mahiyyətindən bəhs ediblər.

Allsport.az saytı xəbər verir ki, püşküşkün nəticəsinə görə, qruplar üzrə ilk turda qarşılaşacaq cütlüklər aşağıdakı kimi müəyyənləşib:

U-15 yaş qrupu, 1-2 avqust
I tur

“Zəngəzur” FK – “Marafon” FM
“Qarabağ” FK – “Ulduz” FM
“Şəfa” FK – “Sumqayıt” FK
“Sabah” FK – “Neftçi” PFK
“Qəbələ” FK – “Dinamo” FK
“Zirə” PFK – EFA

U-14 yaş qrupu, 3-4 avqust
I tur

“Qəbələ” FK – “Vətən” FM
“Ulduz” FA – “Qarabağ” FK
“Azərbaycan Qartalları” FK – “Dostluq” FK
“Sumqayıt” FK – “Sabah” FK
“Neftçi” PFK – EFA
“Xan” FK – “Zirə” PFK

Avqustun 1-də startı veriləcək “Sabahın ulduzları” turnirinin oyunları Bayıl stadionunda keçiriləcək. Açılış mərasiminin, həmçinin turun mərkəzi oyununun “CBC Sport” kanalı və YouTube vasitəsilə canlı yayımlanması nəzərdə tutulur.

Həmin kateqoriyadan