“Bəzi şeylər tam olaraq istədiyimiz kimi alınmasa da, nəticədən razı qaldıq”.

“Sabah” ölkə kubokunun 1/8 finalında Masazırda 1-ci divizion klubu “Qaradağ Lökbatan”ı 5:0 məyus edib, növbəti mərhələyə çıxıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin məşqçisi Vitali Korneyev bunu söyləyib:

“Bu oyunda heyətdə bəzi rotasiyalar etmişdik. Matç bizim diqtəmiz altında keçdi. Görüşdə bəzi az oynamış futbolçulara da şans verdik ki, özlərini göstərmək fürsəti qazansınlar. Bəzi şeylər tam olaraq istədiyimiz kimi alınmasa da, nəticədən razı qaldıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish