“Bəlkə də bu mərhələdə ən ağır cütlük biz idik“

“Turan Tovuz” Azərbaycan kubokunun 1/16 finalında səfərdə “Zirə”yə 1:2 məğlub olub. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyun haqda danışıb:

“Bu mərhələ bir oyundan ibarət idi. Bəlkə də bu mərhələdə ən ağır cütlük biz idik. Digər komandalar birinci liqa komandaları ilə oynayırdı. Püşk belə oldu. Bu mövsüm bizim üçün kubok bitdi. 3 gün öncə “Zirə” ilə oynamışdıq. Bilirdik ki, məğlubiyətdən sonra daha da aqressiv olacaqlar. Futbolçularımızı hazır etməyə çalışdıq. İlk dəqiqələrdəki qol rəqibi bir qədər də aqressivləşdirdi. İkinci qolu vura bilərdik. Belə oyunlarda ikinci qol lazımdır. Təəssüf ki, yorğunçuluq öz sözünü dedi. Rəqibin təzyiqinə dözə bilmədik.

Sıx qrafik bizim üçün daha çox çətindir. Digər komandalar 4 gündən bir oynayır. Biz Tovuza qayıdıb 3 gün sonra ağır oyuna çıxacağıq. Təəssüf edirəm. Rəqib ikinci hissə bizə imkan vermədi. Futbolçularımızın nə qədər soyuqqanlı olmasına çalışdıq. Oyunun təzyiqi buna imkan vermədi. Rəqibi təbrik edirəm. Növbəti oyunda qələbə qazanıb, ili qələbə ilə başa vurmağa çalışacağıq”.

Həmin kateqoriyadan