“Bəzən qol vurmağa çətinlik çəkirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqasının 18-ci turunda “Qəbələ”yə qarşı matçı şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 3:0 qələbə qazandıqları görüşlə bağlı bunu söyləyib:

“Pis oyun alınmadı. Oyunun tepmi sona qədər düşmədi. İlk hissədən sonra rəqib hesabda geri olsa da, yaxşı oyununu sona kimi saxladı. Rəqibə uğurlar arzu edirəm. Futbolçularımdan razı qaldım, çox istəkli idilər və düzgün oynamağa çalışırdılar.

Bəzən bizim 3-4 qolluq oyunlarımız olur, bəzən də qol vurmağa çətinlik çəkirik. Bu da rəqiblərin bizə qarşı daha diqqətli olmasından irəli gəlir. Qarşıda vacib oyunlarımız var”.

Həmin kateqoriyadan