“Bahar kuboku”nu “Əhmədli Yunayted” qazanıb

AFFA-nın təşkilatçılığı ilə 12 yaşlı qızlar arasında “Bahar turniri” keçirilib. Allsport.az saytı xəbər verir ki, “Aura” idman kompleksinin qapalı meydançasında 74 yeni qız futbolçu qeydiyyata alınıb. “Əhmədli Yunayted” komandası turnirin qalibi, II və III yeri isə müvafiq olaraq “Baku Sporting” və “Şimal” (Xaçmaz) komandaları tutublar.

İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, qadın futbolçulardan ibarət “A” millisinin baş məşqçisi Siyasət Əsgərov, U-17 (qızlar) seçməsinin baş məşqçisi Zamir Həsənov, U-15 (qızlar) yığmasının baş məşqçisi Nərgiz Qurbanova və qadın futbolu departamentinin rəisi Əminə Həsənova təqdim ediblər.

7 qolla “Bakinka” komandasının üzvü Sara Səlimova turnirin ən məhsuldar oyunuçusu, “Baku Sporting” komandasından Aydan Nəsrullayeva ən yaxşı oyunçu, “Şimal” (Xaçmaz) komandasının qapıçısı Qızılgül Dadaşova isə turnirin ən yaxşı qapıçısı seçiliblər.

Həmin kateqoriyadan