Tovuzda “Bahar turniri”

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Tovuzda 12 yaşlı qızlar arasında “Bahar turniri” keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 8 komanda 2 qrupda mübarizə aparıb. Qrupda ilk iki yerə tutan komandalar pley-off mərhələsində üz-üzə gəlib. E.Məmmədov adına tam orta məktəb turnirin qalibi, II və III yeri isə müvafiq olaraq, N.Tusi adına təbiət və texniki təmayüllü məktəb-lisey və Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəb tutublar.

Adı son çəkilən kəndin tam orta məktəbin şagirdi Nuray Bayramzadə 5 qolla turnirin ən məhsuldar oyunçusu olub. N.Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseyin şagirdi Nəzrin İsmayıllı ən yaxşı oyunçu, E.Məmmədov adına tam orta məktəbin şagirdi Nəzrin Əmiraslanlı isə turnirin ən yaxşı qapıçısı seçilib.

İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın qadın futbolu departamentinin rəisi Əminə Həsənova, U-17 (qızlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova və U-15 (qızlar) yığmasının baş məşqçisi Xanlar Əliyev və Tovuz olimpiya idman kompleksinin direktoru Zeynalabdi Quliyev təqdim edib.

Layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasının, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır. Gəncə şəhər stadionunda baş tutmuş tədbirə ümumilikdə 65 yeni qız futbolçu qeydiyyatdan keçirilib. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunub.

Həmin kateqoriyadan