Bakı birinciliyində fərqlənənlər

Qılıncoynatma üzrə gənclərin Bakı çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sablyaçı oğlanlarda 1-ci yeri Murad Əkbərov, qızlarda Aysel Əhədova tutublar.

Şpaqa növündə oğlanlarda Fuad Qurbanov hamını üstələyib. Qızlarda Nazilə Rəhimova fərqlənib.

Milli olimpiya komitəsinin yaranmasının 30 illiyinə həsr olunan, qılıncoynatma federasiyası və Bakı şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə keçirilən paytaxt birinciliyində 100-ə yaxın idmançı iştirak edib.

Həmin kateqoriyadan