FOTO
Bakının gözəgəlimli qonağı Kriştianunun sevgilisi olmasının əleyhinə deyil

Xorvatiya millisinin gözəgəlimli futbolçusu Ana Maria Markoviç, İsveçrənin “Qrasshopper” klubununda durumundan məmnundur. Allsport.az saytı xəbər verir ki, 23 yaşlı hücumçu bu günlərdə qış hazırlığına başlayıb. Sosial şəbəkələrdə fəal olan gözəlçə, ara-sıra statuslar və şəkillər paylaşır.

O bu yaxınlarda Tvitterdə heyrətamiz görüntülərindən birini paylaşıb. Bir fanat zarafatla, “Kristianu Ronaldu çoxarvadlı ola bilər, mən başa düşə bilərəm” deyə söz atıb. Cazibədar oyunçu buna təbəssümlə cavab verməsi, izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb. 

Xatırladaq ki, adı çəkilən futbolçu ötən ilin noyabrında “Dalğa arena”da qadın millimizlə yoldaşlıq oyunlarında iştirak edib. İlk görüş 0:0 bitib, digərində qonaqlar 2:1 seviniblər. “Qrasshopper”in kişilərdən ibarət klubunda seçməmizin hücumçusu Renat Dadaşov çıxış edir.

Həmin kateqoriyadan