- Baxış sayı: 25
- 03 Noyabr 2026 22:47
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Mario Balotelli azad agent kimi “Torino”ya keçə bilər.
Allsport.az xəbər verir ki, Turin təmsilçisinin Marioya marağı Duvan Sapatanın ağır zədə alması səbəb olub. Sapata aldığı xəsarətə görə 7-8 ay yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, 34 yaşlı Balotelli “A” seriyasında daha əvvəl “İnter”, “Milan”, “Breşiya” və “Montsa” kimi klublarda çıxış edib.