“Çelsi”də ciddi itki

“Çelsi”də ciddi itki

“Çelsi”nin və Fransa millisinin müdafiəçisi Maksans Lakruanın budunun arxa əzələlərində yırtıq aşkarlanıb.

Allsport.az xəbər verir ki, tibbi müayinədən keçən 26 yaşlı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

“Çelsi”nin baş məşqçisi Xabi Alonso mətbuat konfransında müdafiəçinin noyabrın 17-də başa çatacaq millilərin oyunları ilə əlaqədar fasiləyədək komandasına kömək edə bilməyəcəyini bildirib.

Lakruks zədəsini İngiltərə liqa kubokunun 1/8 final mərhələsində “Liverpul”la keçirilən görüşdə (1:1, penaltilər seriyasında 6:5) alıb. O, ötən yay “Çelsi”yə keçib və bu müddətdə bütün turnirlərdə 11 oyunda meydana çıxaraq bir məhsuldar ötürmə verib.

Həmin kateqoriyadan