- Baxış sayı: 57
- 30 Oktyabr 2026 15:45
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Azərbaycan velosiped idmanı federasiyası (AzVİF)və Azərbaycan idman akademiyasının tələbə və könüllülərlə iş şöbəsinin birgə təşkilatçılığı ilə respublika velotrekində akademiyanın tələbələri üçün maarifləndirici və idman tədbirləri keçirilib.
Allsport.az xəbər verir ki, gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped idmanına marağın artırılması və təhlükəsiz idman mühitinin formalaşdırılması məqsədi daşıyan tədbirdə çıxış edən federasiyanın baş katibi Əli Məmmədov bu cür təşəbbüslərin gənclərin idmana cəlb olunması, onların idman infrastrukturu ilə tanışlığı və təhlükəsizlik qaydaları barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.
O, AzVİF-in gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə layihələrin davam etdiriləcəyini bildirib.
Daha sonra AzVİF-in “Təhlükəsiz idman” üzrə məsul şəxsi Vüsal Baloğlanov tərəfindən tələbələr üçün velosiped idmanında beynəlxalq “Təhlükəsiz idman” çərçivəsinə həsr olunmuş maarifləndirici təlim keçirilib. Təlim zamanı idmançıların hüquqlarının qorunması, təhlükəsiz idman mühitinin təmin edilməsi və idmanda davranış qaydaları barədə məlumat verilib.
Proqram çərçivəsində təşkil olunan infotur zamanı tələbələr respublika velotrekində yaradılmış infrastruktur, idman qurğuları və müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.
Tədbirin idman hissəsində veloyürüş təşkil edilib və iştirakçılara sertifikatlar təqdim olunub. Həmçinin, federasiya ilə səmərəli əməkdaşlığa və tədbirin təşkilinə verdiyi töhfəyə görə Azərbaycan idman akademiyasının tələbə və könüllülərlə iş şöbəsinin müdiri Nəzrin Ömərzadə AzVİF tərəfindən təşəkkürnamə ilə təltif edilib.