“Barselona”dan “Fənərbağça”ya

Türkiyə superliqasında çempionluq yoluna davam edən “Fənərbağça” heyəti gücləndirməkdə davam edir. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər” gənc istedadların yanına daha bir futbolçu qatıb. “Barselona”da çıxış edən Əmrə Dəmiri transfer olunub.

İstanbul təmsilçisi 19 yaşlı yarımmüdafiəçinin keçidini rəsmən açıqlayıb. Mövsümün əvvəlində “Kayserispor”dan “Barselona”ya transfer olunan futbolçu, “Fənər”lə təmənnasız anlaşıb.

“Sarı bülbüllər” onu İspaniya nəhəngindən 2 milyon avro ödəyərək, “Kayserispor”dan pulsuz alıb. Əmrə ilə 4,5 illik müqavilə imzalanıb.

Həmin kateqoriyadan