Baş məşqçi ilə dalaşdı, azarkeşləri söydü. Qalmaqalçı Balotelli indi haradadır?

Allsport.az saytı xəbər verir ki, Mario Balotelli 21-ci əsrin ən yaramaz futbolçularından biridir. Uca Allah italiyalını inanılmaz istedadla mükafatlandırb, amma o, daimi qalmaqal və tənbəllik ilə karyerasını məhv edib. Bir çox klub məşqçiləri onu yenidən tərbiyə etmək kimi çətin missiyanı öz üzərlərinə götürməyə çalışsalar da, hücumçu hər dəfə ətrafdakıları narahat edib və tezliklə vəziyyəti dəyişib. Mario indi necədir?

32 yaşlı futbolçu mövsümə Türkiyənin “Adana Dəmirspor” klubunda başlayıb. Sosial şəbəkələrdə azarkeşlər güclü hücumçuların meydana çıxacağını gözləyirdilər, lakin bu alınmadı. Sonradan məlum olub ki, Balotelli artıq Adananı tərk etmək qərarına gəlib.

O, qardaş ölkədə etimadı doğrulda bilməyib və özəl təyyarə ilə Avropaya üz tutub. O, İsveçrədə özünə yeni klub tapıb. İtaliyalı futbolçu “Sion”la 2024-cü ilə qədər müqavilə imzalayıb.

Həmin kateqoriyadan