“Beşikdaş”ın hədəfindədir!

Qış transfer dövrü bitməsinə baxmayaraq, “Beşikdaş” transfer işlərinə tam sürəti ilə davam edir.

Allsport.az xəbər verir ki, klub prezidenti Əhməd Nur Çəbi baş məşqçi Şənol Günəşlə keçirdiyi görüşdə transferdə ilk hədəflərinin “Fənərbağça”nın futbolçusu Miha Zayç olduğunu müəyyənləşdirib.

Sloveniyalı mərkəz yarımmüdafiəçisini heyətinə gətirməyi planlaşdıran “Beşiktaş” transfer üçn 28 yaşlı futbolçunun mövsümün sonunda klubla müqaviləsini tamamlamasını gözləyəcək.

Qeyd olunub ki, “ağ-qaralar” İtaliya klublarının və “Trabzonspor”un da diqqətində olan istedadlı futbolçuya illik 1,8 milyon maaşla 4 illik müqavilə təklif edəcək.

Həmin kateqoriyadan