Sablyaçılardan Maqsud fərqləndi

Dubayda yeniyetmə və gənc qılıncoynadanların dünya birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə sablyaçı oğlanlarda Maqsud Hüseynli qrup mərhələsini 2 qələbə ilə başa vurub.

Pley-ofda braziliyalı Fernando Façinə (15:11), sonra Qazaxıstan təmsilçisi Bexultan Abzala (15:12) qalib gəlib. O, Hüseynli 16-lığa yüksəlmək uğrunda görüşdə Pietro Torreyə 6:15 uduzub.

Qrup mərhələsini adlaya bilməyən Murad ƏkbərovSaleh Məmmədov isə mübarizəni erkən başa vurublar.

Gənc qız sablyaçılarda qrup mərhələsini 3 qələbə ilə bitirən Sofiya Mamina, pley-offa yüksəlsə də, 64-lüyə yüksəlmək üçün yunanıstanlı Aleksandra Papapetropoulouya 13:15 yenilib.

Həmin kateqoriyadan