- Baxış sayı: 35
- 25 Aprel 2024 23:15
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində yarımfinalçılar məlum olub. Allsport.az saytı xəbər verir ki, milli komandamızın iki üzvü Məsud Yusizadə (52 kq) və Məhəmmədəli Tahirov (+91 kq) 1/4 finalda qələbə qazanıblar.
Bununla hər 2 idmançı bürünc medallı özlərinə təmin ediblər. Yusifzadə Gürcüstanı təmsil edən erməni əsilli Qaqik Pozoyan üzərində inamlı qələbə qazanıb – 3:0. Boksçumuz yarımfinalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək.
Məhəmmədəli Tahirov isə ¼ finalda Ermənistan boksçusu Qnel Muradyanla qarşılaşmalı idi. Ancaq Ermənistan boksçusu rinqə çıxmaqdan imtina etdiyindən, həmyerlimiz yarımfinala yüksəlib. Milli komandamızın üzvü yarımfinalda almaniyalı Peter Kadiru ilə üz-üzə gələcək.