“Böyük bir uğurdur, möhtəşəmdir”

“Qarabağ” futbol klubu ilə KİV arasında görüş keçirildi. Allsport.az xəbər verir ki, klubun prezidenti Tahir Gözəlin təşəbbüsü və iştirakı ilə baş tutan tədbirdə mətbuat şurasının rəhbəri Rəşad Məcid və “Qarabağ” digər rəhbər şəxsləri qatıldılar. Toplantı şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri açıq elan edən “Qarabağ” baqanı Azərbaycan ordusunun antiterror əməliyyatını möhtəşəm uğur adlandırdı:

“44 günlük böyük zəfərin ardından Azərbaycan respublikasının ərazi bütövlüyünün tam təmin olunması məqsədilə ordumuz tərəfindən cəmi 23 saat çəkən lokal xarakterli antiterror əməliyyatı həyata keçirilib. Bu əməliyyat Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Təəssüf ki, şəhidlərimiz və yaralılarımız var. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Azərbaycan ordusunun Qarabağda separatçı rejimə və oradakı qeyri-qanuni erməni silahlı qüvvələrə qarşı apardığı lokal xarakterli anti-terror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm zəfəri ilə nəticələndi. Bir günlük əməliyyat Qarabağda qanunsuz erməni silahlı birləşmələrin təslim olmasına kifayət etdi və Yevlax görüşü ilə nəticələndi. Qarabağ Azərbaycandır! Böyük bir uğurdur, möhtəşəmdir”.

Həmin kateqoriyadan