“Bu cür komandalara qarşı oynamaq fiziki güc tələb edir”

Qadın millimiz Avropa çempionatının seçmə qrupunda Çex Respublikasına 0:3 yenilib. Allsport.az saytı xəbər verir ki, matçla bağlı baş məşqçimiz Siyasət Əsgərov bunu söyləyib:

“Təxminən eyni gücdə olan 2 rəqiblə oyun keçirdik. Bu cür komandalara qarşı oynamaq fiziki güc tələb edir. Pandemiya ilə əlaqədar oyunlara bir ay qalmış məşqlərə başlamışıq.

Belə rəqiblərlə oyunlarda hücuma çıxmaq çox çətindir. Çünki rəqib bizə oynamağa imkan vermirdi. Bu cür oyunlarda xarakter nümayiş etdirmək lazımdır. Komandam hər 2 oyunda məğlub olmasına baxmayaraq, xarakter nümayiş etdirdi”.

Həmin kateqoriyadan