“Bu gün daha etibarlı oynadıq”

“Turan Tovuz” premyer liqanın 21-ci turunda səfərdə “Şamaxı”ya 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Ayxan Abbasov bunu deyib: “Mühüm qələbə qazandıq. Çətin səfər olduğunu, “Şamaxı”nın evdə yaxşı və əzmkar oynadığını bilirik. Son oyunlarda bir qədər bəxtsizliklə üzləşirdik. Bəzi oyunlarda qələbə, xal qazana bilərdik.

Lakin müəyyən dəqiqələrdə buraxdığımız ani səhvlər məğlub olmağımıza səbəb olmuşdu. Bundan nəticə çıxarıb bu gün daha etibarlı oynadıq. Hər iki komanda məğlub olmaq istəmirdi. Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Həqiqətən uzaq yol qət edib bizi dəstəklədilər, onlara təşəkkür edirəm”.

Həmin kateqoriyadan