“Bu, həyatımın təyinatı idi”

“İşğaldan azad olunmuş torpaqlarda keçirilən ilk oyunun hakimi olduğum üçün qürur hissi keçirdim”.

Allsport.az xəbər verir ki, bunu Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndində keçirilən “Qarabağ” – “MOİK” oyununun baş hakimi Əli Əliyev PFL-in mətbuat xidmətinə açıqlamasında deyib.

Vətən müharibəsi iştirakçısı bildirib ki, tarixi matçda stadionda çox gözəl atmosfer var idi: “Azarkeşlərimiz yalnız “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarını səsləndirirdilər. Bu mənim həyatımın ən vacib təyinatı və oyunu idi”.

Əliyev vurğulayıb ki, həm döyüşlərdə ədaləti bərpa etməyə çalışıb, həm də yaşıl meydanlarda ədaləti qoruyub: “Bununla fəxr edirəm. Dövlətimə və millətimə minnətdarlığımı bildirirəm ki, onlar bizi müharibədə də çox dəstəklədilər. Döyüşçü kimi orada hisslər tam başqa idi. Fikrimiz irəli getmək və torpaqlarımızı azad etmək idi. Hakim kimi də əziyyətimizin bəhrəsini gördük. Çox sevinirdik”.

Qeyd edək ki, “Qarabağ” – “MOİK” qarşılaşması 1:0 hesabla Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb.

Həmin kateqoriyadan