“Bu istəyi qoruyub saxlamaq lazımdır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 17-ci turunda “Səbail”ə qarşı oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, o, 1:0 hesabı ilə sevindikləri matçla bağlı bunu deyib:

“Qələbə bizim üçün çox vacib idi. Amma komandadakı istək məni daha çox sevindirir. Bəzi epizodlarda tələsirdik. Bu istəyi qoruyub saxlamaq lazımdır. Çalışmalıyıq ki, bütün komponentlərə diqqət yetirək. Aftandil Hacıyevə uğurlar arzulayıram.

Çox kompakt və istəkli komandası var. Son vaxtlar rəqib komandalarda aqressiya hiss olunur. Futbolçularım bu gün çox zəhmət çəkdi. İnanıram ki, bu istək davam edəcək”.

Həmin kateqoriyadan