- Baxış sayı: 55
- 12 Avqust 2026 23:53
- Baxış sayı: 250
- Avqust 12, 2026
- 0

“Qarabağ” və “Sabah”ın UEFA Avropa liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Allsport.az xəbər verir ki, “Qarabağ” 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
“Sabah” isə UEFA çempionlar liqasının 2-ci təsnifat mərhələsində Finlandiyanın “Kups” klubuna məğlub olacağı halda, Avropa liqasının 3-cü təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək.
UEFA Avropa liqasının 3-cü təsnifat mərhələsinin oyunları avqustun 6-da və 13-də keçiriləcək.