VİDEO
Əhməd Nurun təklifi: “Azərbaycanlı futbolçuları “Beşikdaş”a göstərin, oynadaq”

“Beşikdaş”ın prezidenti Əhməd Nur Cəbi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə onlayn qoşulub. Allsport.az xəbər verir ki, o, Pərviz MusayevElçin Cəfərovun aparıcısı olduğu proqramda maraqlı fikirlər səsləndirib.

Cəbi Bakıda “qara qartallar”ın mağazasının açılması və azərbaycanlı futbolçuların bu kluba transfer olunması ilə bağlı maraqlı təklif irəli sürüb. Klub prezidenti azərbaycanlı iş adamlarının yardım edəcəyi halda, hər iki planın reallaşacağını bildirib:

“Azərbaycan “Beşikdaş” üçün çox önəmlidir. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var. Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə, var. Ən yaxşılarını azərbaycanlı qardaşlarımız tapıb, bizə göstərsinlər. Belə halda qiymətli olan azərbaycanlı futbolçunu “Beşikdaş”da oynadarıq. Bununla da Türkiyə futbolunda azərbaycanlı futbolçuların uğurları izlənilər. Bu işin davamı da gələr. Nə deyirsiniz, ola bilər? Niyə də olmasın?! Çox gözəl alınar”.

Həmin kateqoriyadan