- Baxış sayı: 54
- 13 Avqust 2026 23:45
- Baxış sayı: 568
- Avqust 12, 2026
- 0

Transfer müddətinin martın 5-ə qədər uzadılması ilə heyətini gücləndirmək üçün işlərini davam etdirən “Fənərbağça” klubu, “Çelsi”nin ulduz futbolçusu Hakim Ziyeçi gündəminə alıb. Allsport.az saytı xəbər verir ki, Fransa nəhəngi PSJ ilə adı hallanan mərakeşli ulduzla bağlı mühüm irəliləyişlər yaşanıb.
Superliqanı zirvədə tamamlayaraq çempionluq həsrətinə son qoymaq istəyən “sarı bülbüllər”də fövqəladə inkişaf var. Yeni mövsüm öncəsi heyətində ciddi dəyişikliklər edən İstanbul komandası üçün ara transfer dövrü üçün çalışma davam edir.