Dəniz Yılmazlı “yaşıl timsahlar”dan növbəti qələbə

Türkiyə Superliqasında 9-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinə yeni cəlb edilən Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” doğma meydanda “Konyaspor”la üz-üzə gəlib.

Futbolçumuzun komandası bu matçdan qələbə ilə ayrılıb – 2:0. Hücumçumuz görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. “Yaşıl timsahlar” hazırda 19 xalla 18 klub arasında 4-cü sıradadır.

Həmin kateqoriyadan