“Dənizçilər”lə 16-cı duel

Bu həftə premyer liqada 19-cu turun oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, “Qəbələ” öz meydanında “Səbail”lə görüşəcək.

Qəbələ şəhər stadionundakı qarşılaşma iki komanda arasında 16-cı matç olacaq. Əvvəlki 15 oyunda 8 qələbəsi olan “Qəbələ” 4 görüşdən sülhlə ayrılıb. Yalnız üç dəfə uduzan komanda top fərqində də üstündür – 28:16.  “Səbail”lə matçlarda Baqali Dabo hamıdan çox – 6 qol vurub.

“Qəbələ” paytaxt təmsilçisi ilə 13 dəfə çempionat, 2 dəfə kubok duelinə çıxıb. Premyer liqada 6 qələbə qazanan futbolçularımız 4 dəfə bir xalla kifayətlənibsə, bakılılar 3 matçda qalib gəlib. 23 qol vuran “qırmızı-qaralar” 14 top buraxıb.

“Qəbələ” öz meydanındakı 7 görüşdə uduzmayıb. 5 qələbəsi olan komanda 2 dəfə heç-heçə edib. Meydan sahiblərinin 14 qol vurduğu görüşlərdə qonaqlar 4 dəfə fərqlənib. “Qırmızı-qaralar” ev oyunlarını qolsuz tərk etməyib.

Martın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 15:00-da başlayacaq.

Həmin kateqoriyadan