Daha 5 klub cərimələnib

AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda 1-ci divizionun 6-cı turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Qaradağ Lökbatan” – “Turan Tovuz” oyununa təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün, meydan sahibi 40 manat cərimə olunub.

“Kəpəz” – MOİK oyununda gəncəlilərin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Qarabağ-2” – “Zaqatala” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi və say həddini pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnib. “Qarabağ” klubu oyunun ilkin protokolunu vaxtında tərtib etmədiyi üçün 80 manat cərimə olunub.

“Keşlə-2” – “Sabah-2” oyununda ev sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Keşlə”nin 78 nömrəli futbolçusu Şirin Şirinov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyundan öncə təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub.

Həmin kateqoriyadan