- Baxış sayı: 78
- 14 Sentyabr 2026 17:35
- Baxış sayı: 78
- Sentyabr 16, 2026
- 0

Azərbaycanın daha bir boksçusu Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Allsport.az xəbər verir ki, milli üzvü Əli Baxışov (60 kq) Kristian Haraşiki (Slovakiya) 4:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
O, özü üçün azı bürünc medalı təmin edib. Boksçu avqustun 20-də final uğrunda Furkan Avarla (Türkiyə) qarşılaşacaq.
Daha əvvəl Banuçiçək Nəsirli (48 kq) də yarımfinala vəsiqə qazanıb. Boksçu avqustun 20-də Ellen Coysla (İrlandiya) final uğrunda döyüşəcək.