- Baxış sayı: 58
- 16 Avqust 2026 10:11
- Baxış sayı: 603
- Avqust 12, 2026
- 0

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb.
Əli Əliyev (50 kq) ikinci döyüşündə Adrian Zameçiklə (Slovakiya) üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, avqustun 18-də 1/4 finalda Kristian Jubani (İrlandiya) ilə qarşılaşacaq.
Banuçiçək Nəsirli (48 kq) isə Avropa çempionatında ilk döyüşündə Angeliki Petroula Sduqa (Yunanıstan) ilə gücünü yoxlayıb. Boksçumuz üçüncü raunda tam üstünlüklə qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda ilk mərhələdən azad olan Katarjina Qornisieviçlə (Polşa) gücünü yoxlayacaq. Görüş avqustun 17-də olacaq.
Daha əvvəl Gülər Hüseynova (51 kq) adını 1/4 finala yazdırıb.