2 medalla başa vurdular

2 medalla başa vurdular

Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb.

Allsport.az xəbər verir ki, yığmanın aktivinə növbəti medalı Əli Baxışov yazdırıb.

60 kq-da çıxış edən boksçu yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medal qazanıb.

Xatırladaq ki, Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kq) 3-cü yeri tutub.

Həmin kateqoriyadan