Dünya çempionu vəfat edib

Dünya çempionu vəfat edib

Keçmiş dünya çempionu, panamalı boksçu İsmael Laquna 83 yaşında vəfat edib.

Allsport.az xəbər verir ki, onun ölümünü ümumdünya boks şurasının (VBC) prezidenti Maurisio Süleyman açıqlayıb.

Laqunanın peşəkar karyerasında 65 qələbə, 9 məğlubiyyət və 1 heç-heçə olub. O, 65 qələbəsinin 37-sini nokautla qazanıb.

Panamalı boksçu ilk dəfə 1965-ci ilin aprelində puerto-rikolu Karlos Ortisi məğlub edərək yüngül çəkidə dünya çempionu olub. Həmin ilin sonunda revanş döyüşündə Ortisə uduzaraq titullarını itirib.

Laquna 1970-ci ilin martında amerikalı Mando Ramos üzərində qələbə qazanaraq ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb. O, 1971-ci ildə karyerasını başa vurub.

İsmael Laqunanın adı 2001-ci ildə beynəlxalq boks şöhrət Zalına daxil edilib.

Həmin kateqoriyadan