- Baxış sayı: 65
- 24 Sentyabr 2026 14:25
- Baxış sayı: 241
- Sentyabr 23, 2026
- 0

Ağır çəkidə dünya şöhrətli boksçular Entoni Coşua və Tayson Fyuri arasında döyüş keçiriləcək.
Allsport.az xəbər verir ki, qarşılaşmanın 2026-cı il dekabrın 11-də Uelsin Kardiff şəhərindəki 78 min tamaşaçı tutumuna malik “Principality stadium”da baş tutacağı bildirilib.
Fyuri (36 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə) son döyüşünü iyulda keçirib və Mariuş Vaхı texniki nokautla məğlub edib.
Coşuanın hesabında isə 30 qələbə və 4 məğlubiyyət var. Britaniyalı boksçunun son rəqibi Kristian Prenqa olub. O, yayda keçirilən görüşün ikinci raundunda nokauta salıb.