- Baxış sayı: 55
- 22 Oktyabr 2026 10:58
- Baxış sayı: 459
- Oktyabr 21, 2026
- 0

Yeniyetmə oğlan boksçulardan ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb.
Allsport.az xəbər verir ki, komandamız Rizədə təlim-məşq toplanışı keçəcək.
Məşqçilər korpusu U-17 Avropa çempionatı öncəsi son hazırlıqda 13 boksçunu yoxlayacaq. Azərbaycan, Türkiyə və Gürcüstan yığmalarının qatılacağı beynəlxalq toplanış sentyabrın 7-də yekunlaşacaq.
Rizədə sınaq döyüşləri də planlaşdırılır.