- Baxış sayı: 71
- 14 Sentyabr 2026 17:35
- Baxış sayı: 228
- Sentyabr 13, 2026
- 0

Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında finala vəsiqə qazanıb.
Allsport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Türkiyə təmsilçisi Furkan Avara 3:2 (28:29, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.
O, qızıl medal uğrunda döyüşdə İtaliya idmançısı Daniele Fabi ilə üz-üzə gələcək.
Yarımfinalda İrlandiya təmsilçisi Ellen Coysa uduzan Banuçiçək Nəsirli (48 kq) isə Avropa çempionatının bürünc medalına sahib olub.