Danışılmış oyunlarla bağlı seminar

AFFA-nın inzibati binasında premyer liqa və 1-ci diviziona təyinat alan nümayəndələr üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.

Allsport.az saytı xəbər verir ki, UEFA-nın bu məsələ ilə bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. 

İdman yarışlarının manipulyasiyası haqqında konvensiya, Azərbaycan cinayət məcəlləsinə, bədən tərbiyəsi və idman haqqında qanuna bir sıra əlavə və dəyişikliklər, eləcə də intizam komitəsinin intizam məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında tiolantı iştirakçılarına məlumat verilib.

Həmin kateqoriyadan