- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 80
- İyun 23, 2026
- 0

Dario Federiko “Neftçi”yə qayıdıb. Allsport.az saytı verir ki, braziliyalı futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi köhnə-yeni komandasının heyətində 10 nömrəli formanı geyinəcək.
2018/19 mövsümündə “Neftçi”nin heyətində 17 oyunda 3 qol vuran Dario, Braziliyanın “Flamenqo” (2012-2014), “Fernandopolis” (2013), “Quaratinqeta” (2014), Portuqaliyanın “Trofensi” (2014-2015), Azərbaycanın “Kəpəz” (2015-2018) və Koreyanın “Sonnam” (2017) və “Daequ” (2019) klublarında çıxış edib.